Geri

29 dekabr 2023-cü il saat 17:30-dək:

Ağstafa rayonunun Sadıqlı kəndində həyətyanı sahədə yığılan 10 ton ot bağlamasının 4 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 dekabr 2023-cü il saat 17:00-dək:

Lənkəran şəhərinin Daştatük kəndində ümumi sahəsi 290 m² (hər mərtəbəsi 145 m²) olan ikimərtəbəli 8 otaqlı evin dam örtüyünün və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 145 m² sahədən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 dekabr 2023-cü il saat 15:45-dək:

Yardımlı rayonunun Qaraqaya kəndində ümumi sahəsi 100 m² olan tövlənin çardağının yanar konstruksiyaları və çardağına yığılan 4 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 dekabr 2023-cü il saat 15:30-dək:

Mingəçevir şəhərində “Kia” və “Mercedes” markalı iki minik avtomobili toqquşub. Nəticədə “Mercedes” markalı minik avtomobilinin yük hissəsində elektrik naqilləri qismən yanıb. Hər iki avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 dekabr 2023-cü il saat 15:15-dək:

Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 40 m² olan taxta konstruksiyadan ibarət tikilinin (fəhlələrin soyunub-geyinməsi üçün istifadə olunur) yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 dekabr 2023-cü il saat 15:00-dək:

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 8 ədəd elektrik sayğacı, 1 ədəd qoruyucu açar və 3 p.m giriş-çıxış kabeli yanıb. Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 dekabr 2023-cü il saat 11:15-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaşa müvafiq köməklik göstərilib.

Geri

29 dekabr 2023-cü il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində dörd halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 5 nəfərə müvafiq köməklik göstərilib.

Geri

29 dekbar 2023-cü il saat 04:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Kia” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı hasara çırpılıb, 2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər yaralı vəziyyətdə, 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Geri

29 dekabr 2023-cü il saat 04:25-dək:

Şəmkir rayonunun Zəyəm qəsəbəsində ümumi sahəsi 100 m² olan anbarın yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri

29 dekabr 2023-cü il saat 04:20-dək:

Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 90 m² olan reklam sexinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri

29 dekabr 2023-cü il saat 02:15-dək:

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli, 4 otaqlı, mansarda tipli evin birinci mərtəbəsinin yanar konstruksiyaları 17 m² sahədə və mansardın yanar konstruksiyaları 40 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri

29 dekabr 2023-cü il saat 00:40-dək:

Tovuz rayonunun Mülkülü kəndində ümumi sahəsi 70 m² olan köməkçi tikilinin qamışdan ibarət dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 dekabr 2023-cü il saat 00:35-dək:

Göyçay rayonunun Yeniarx kəndində tikintisi başa çatmayan, ümumi sahəsi 190 m² olan birmərtəbəli 5 otaqlı evin çardağının taxta atmaları 150 m² sahədə və evin 1 otağına yığılan 3 ton ot bağlaması yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri

29 dekabr 2023-cü il saat 00:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Şabran şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Lada” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı hasara çırpılıb, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Geri

29 dekabr 2023-cü il saat 00:25-dək:

Qazax rayonunun Qazaxbəyli kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 dekabr 2023-cü il saat 00:20-dək:

Yevlax şəhərində ümumi sahəsi 495 m² olan birmərtəbəli inzibati binanın 1 otağının çardağının taxta atmaları 40 m² sahədə yanıb. İnzibati binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.