Geri

23 dekabr 2023-cü il saat 18:10-dək:

Cəlilabad rayonunun Göytəpə şəhərində ümumi sahəsi 30 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları, içərisində ev əşyaları və yaxınlıqda ümumi sahəsi 63 m² olan birmərtəbəli 4 otaqlı evin 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

23 dekabr 2023-cü il saat 17:55-dək:

Quba rayonunun Qəçrəş kəndində istirahət mərkəzinin ərazisində ümumi sahəsi 350 m² olan tikilinin dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

23 dekabr 2023-cü il saat 17:45-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Geri

23 dekabr 2023-cü il saat 15:00-dək:

Gəncə şəhərində ümumi sahəsi 20 m² olan birmərtəbəli ərzaq mağazasının dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə, lambirdən ibarət tavanı və içərsində qismən ərzaq malları yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

23 dekabr 2023-cü il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində dörd halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 3-ü uşaq olmaqla 7 nəfərə müvafiq köməklik göstərilib.

Geri

23 dekabr 2023-cü il saat 02:45-dək:

Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 12 m² olan plastikdən ibarət tikili 2 m² sahədə, bitişik sahəsi 6 m² olan taxta konstruksiyadan ibarət talvarın yanar konstruksiyaları 2 m² sahədə, tikilinin içərisində olan 2 ədəd su nasosu və 2 ədəd ot biçən aparatın yanar hissələri yanıb. Tikilinin və talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

23 dekabr 2023-cü il saat 02:30-dək:

Salyan rayonunun Şorsulu kəndində ümumi sahəsi 640 m² (hər mərtəbəsi 320 m²) olan ikimərtəbəli 14 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstuksiyaları 100 m² sahədə və dam örtüyü yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

23 dekabr 2023-cü il saat 01:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaşa müvafiq köməklik göstərilib.