Geri

22 dekabr 2023-cü il saat 22:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaşa müvafiq köməklik göstərilib.

Geri

22 dekabr 2023-cü il saat 17:30-dək:

Şabran şəhərində ümumi sahəsi 1760 m² (hər mərtəbəsi 880 m²) olan ikimərtəbəli inzibati binanın 2-ci mərtəbəsində sahəsi 24 m² olan otağın yanar konstruksiyaları və digər otağın tavanı 12 m² sahədə yanıb. Bianın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

22 dekabr 2023-cü il saat 08:00-dək:

Kürdəmir rayonunun Qoçulu kəndində ümumi sahəsi 100 m² olan tövlənin yanar konstruksiyaları 55 m² sahədə və içərisinə yığılan 2 ton ot bağlaması yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri

22 dekabr 2023-cü il saat 07:45-dək:

Bakı şəhərinin Nərimanov rayonunda dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 20 m² olan 1 otaqlı mənzilin yanar konstruksiyaları 12 m² sahədə yanıb. Yüksək temperaturdan mətbəxin, hamam otağının lambirdən ibarət tavanı 9 m² sahədə və 1 ədəd televizor qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri

22 dekabr 2023-cü il saat 07:30-dək:

Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının qarşısında 20 m² sahədə məişət tullantıları və yaxınlıqda ümumi sahəsi 35 m² olan (biri 20 m² sahədə, digəri 15 m² sahədə) bir-birinə bitişik tikilən dəmir konstruksiyadan ibarət qarajlardan birinin içərisində ev əşyaları yanıb, yüksək temperaturdan digər qarajın içərisində velosiped ehtiyyat hissələri və əşyalar 10 m² sahədə qarsalanıb. Hər iki qarajın qalan hissəsi, içərisində 2 ədəd plastik qablara yığılan yanacaq (benzin) və bitişik digər qarajlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri

22 dekabr 2023-cü il saat 02:15-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər uşağın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.

Geri

22 dekabr 2023-cü il saat 02:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər uşağın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.

Geri

22 dekabr 2023-cü il saat 01:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.