Geri

21 dekabr 2023-cü il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində iki halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub. 

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfərə müvafiq köməklik göstərilib.​

Geri

21 dekabr 2023-cü il saat 08:10-dək:

Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 38 m² olan 2 otaqlı mənzilin hamam otağında 3 m² sahədə hamam əşyaları yanıb. Yüksək temperaturdan lambirdən ibarət tavan və 1 ədəd plastikdən ibarət qapı əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

21 dekabr 2023-cü il saat 08:05-dək:

Bakı şəhəri, Nəsimi rayonunda bir-birinə bitişik, ümumi sahəsi 80 m² olan müxtəlif təyinatlı obyektlərin yanar konstruksiyaları 3 m² sahədə yanıb. Yaxınlıqdakı obyektlər yanğından mühəfizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

21 dekabr 2023-cü il saat 08:00-dək:

Ağcabədi rayonunda ümumi sahəsi 150 m² olan quşçuluq sexinin dam örtüyünün taxta atmaları 100 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

21 dekabr 2023-cü il saat 07:55-dək:

Bakı şəhərinin Yasamal rayonunda “Fiat” markalı minik avtomobilinin yanar konstruksiyaları, “Mercedes” markalı minik avtomobilinin arxa hissəsi və işıqlandırma cihazları əriyib. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

21 dekabr 2023-cü il saat 07:50-dək:

Zaqatala rayonunun Bazar kəndində ümumi sahəsi 200 m² olan tövlənin dam örtüyünün taxta atmaları və damına yığılan 5 ton ot bağlamasının 4 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.