Geri

12 dekabr 2023-cü il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində bir halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfərə müvafiq köməklik göstərilib.

Geri

12 dekabr 2023-cü il saat 08:00-dək:

Biləsuvar rayonunun Zəhmətabad kəndində ümumi sahəsi 240 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə və damına yığılan 21 ton ot bağlamasının 15 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

12 dekabr 2023-cü il saat 07:55-dək:

İsmayıllı rayonunun Kürdmaşı kəndində ümumi sahəsi 50 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 10 ton ot bağlamasının 7 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

12 dekabr 2023-cü il saat 07:50-dək:

Göygöl rayonunun Göyçəkənd kəndində ferma ərazisində ümumi sahəsi 150 m² olan köməkçi tikilinin içərisinə yığılan 9 ton ot bağlamasının 1,5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və köməkçi tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.