Geri

11 dekabr 2023-cü il saat 18:05-dək:

Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 2650 m² (hər mərtəbəsi 1325 m²) olan ikimərtəbəli inzibati binanın 1-ci mərtəbəsində sahəsi 150 m² olan anbarın içərisində 1 ədəd soyuducu yanıb. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

11 dekabr 2023-cü il saat 18:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Geri

11 dekabr 2023-cü il saat 17:55-dək:

Masallı rayonunun Ağakişibəyli kəndində ümumi sahəsi 234 m² (hər mərtəbəsi 117 m²) olan ikimərtəbəli 5 otaqlı evin 2-ci mərtəbəsində 3 otağın yanar konstruksiyaları 90 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

11 dekabr 2023-cü il saat 14:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaş halsız vəziyyətdə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Geri

11 dekabr 2023-cü il saat 11:30-dək:

Bakı şəhərinin Səbail rayonunda ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 60 m² olan 3 otaqlı mənzilin yataq otağında 1 ədəd masa və geyim əşyaları qismən yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 2 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

11 dekabr 2023-cü il saat 10:55-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Əlavə məlumat veriləcək.

Geri

11 dekabr 2023-cü il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində bir halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 3 nəfərə müvafiq köməklik göstərilib.

Geri

11 dekabr 2023-cü il saat 07:35-dək:

Salyan rayonunun Seyidsadıqlı kəndində ümumi sahəsi 32 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

11 dekabr 2023-cü il saat 05:15-dək:

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları 30 m² sahədə və dam örtüyünün taxta atmaları yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

11 dekabr 2023-cü il saat 05:00-dək:

Bərdə rayonunun Xəsili kəndində ümumi sahəsi 144 m² olan birmərtəbəli 7 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

11 dekabr 2023-cü il saat 02:45-dək:

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 35 m² olan vaqon tipli evin yanar konstruksiyaları 28 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri

11 dekabr 2023-cü il saat 00:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaşa müvafiq köməklik göstərilib.