Geri

10 dekabr 2023-cü il saat 13:35-dək:

Yardımlı rayonunun Keçələkəran kəndində həyətyanı sahədə yığılan 5 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

10 dekabr 2023-cü il saat 10:00-dək:

Zərdab rayonunun Gəlmə kəndində ümumi sahəsi 25 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Geri

10 dekabr 2023-cü il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində iki halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2-i uşaq olmaqla 5 nəfərə müvafiq köməklik göstərilib.

Geri

10 dekabr 2023-cü il saat 08:00-dək:

Masallı rayonunun Qarğalıq kəndində umumi sahəsi 230 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 110 m² sahədə və içərisinə yığılan 16 ton ot bağlamasının 9 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

10 dekabr 2023-cü il saat 07:45-dək:

Abşeron rayonunda “Hyundai” markalı minik avtomobilinin salonu və idarəetmə lövhəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.