Geri

30 noyabr 2023-cü il saat 23:15-dək:

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli, 3 otaqlı, mansarda tipli, tikintisi başa çatmayan evin 1 otağının yanar konstruksiyaları 50 m² sahədə və mətbəxdə 1 p.m sahədə mebel yanıb. Yüksək temperaturdan 5 p.m sahədə mebel qarsalanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

30 noyabr 2023-cü il saat 20:45-dək:

Abşeron rayonunun Qobu qəsəbəsində ümumi sahəsi 50 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağcabədi şəhərində ümumi sahəsi 100 m² olan tikilinin dam örtüyünün yanar konstruksiyaları 85 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Balakən şəhərində ümumi sahəsi 25 m² olan dərzi sexinin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 25 m² olan parça satışı mağazasının lambirdən ibarət tavanı 2 m² sahədə və içərisində 2 ədəd parça bağlaması yanıb. Mağazanın qalan hissəsi və digər bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

30 noyabr 2023-cü il saat 18:15-dək:

Kürdəmir rayonunun Ərəb Qubalı kəndində ümumi sahəsi 70 m² olan talvarın yanar konustruksiyaları və altına yığılan 11 ton ot bağlamasının 5 tonu yanıb. Yaxınlıqdakı tikililər yanğınan mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Beyləqan rayonunun Örənqala qəsəbəsində ümumi sahəsi 300 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 200 m² sahədə və içərisinə yığılan 3 ton ot bağlamasının 2 tonu yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

30 noyabr 2023-cü il saat 12:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin barmağında dəmir halqanın sıxışması səbəbindən köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Təcili tibbi yardım briqadasının iştirakı ilə həyata keçirilən xilasetmə tədbirləri nəticəsində halqanın müvafiq qaydada çıxarılması təmin edilib.

Geri

30 noyabr 2023-cü il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində dörd halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 5 nəfərə müvafiq köməklik göstərilib.

30 noyabr 2023-cü il saat 07:45-dək:

Quba rayonunun Dəlləkli kəndində ümumi sahəsi 30 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə və damına yığılan 2,5 ton ot bağlamasının 1 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

30 noyabr 2023-cü il saat 05:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaşa müvafiq köməklik göstərilib.