Geri

29 noyabr 2023-cü il saat 07:45-dək:

Masallı rayonunun Bədəlan kəndində ümum sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli 5 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və dam örtüyü yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Siyəzən rayonunun Beşdam kəndində ümumi sahəsi 1134 m² olan quşçuluq sexinin yanar konstruksiyaları 784 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Xaçmaz rayonunun Xudat şəhərində ümumi sahəsi 120 m² olan birmərtəbəli 5 otaqlı inzibati binanın sahəsi 30 m² olan elektrik otağının döşəməsi 6 m² sahədə və 3 p.m elektrik kabeli yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.