Geri

28 noyabr 2023-cü il saat 22:00-dək:

Qobustan rayonunun Cəngi kəndində ümumi sahəsi 250 m² olan, birmərtəbəli 5 otaqlı evin bir otağının yanar konstruksiyaları 24 m² sahədə və dam örtüyünün taxta atmaları 10 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

28 noyabr 2023-cü il saat 20:30-dək:

Gəncə şəhərində ümumi sahəsi 74 m² olan birmərtəbəli müxtəlif təyinatlı obyektin (ofis, geyim və telefon aksesuarları mağazası kimi fəaliyyət göstərir) sahəsi 4 m² olan təsərrüfat otağında quraşdırılan 1 ədəd elektrik sayğacı, giriş-çıxış kabeli 3 p.m, içərisinə yığılan məişət əşyaları və 2 ədəd taxtadan ibarət qapı qismən yanıb. Yüksək temperaturdan lambirdən ibarət tavan əriyib. Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

28 noyabr 2023-cü il saat 17:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda 1 nəfər uşağın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.

Geri

28 noyabr 2023-cü il saat 17:15-dək:

Tovuz rayonunun Əsrik Cırdaxan kəndində ümumi sahəsi 48 m² olan birmərtəbəli 2 otaqlı köməkçi tikilinin 1 otağının yanar konstruksiyaları və dam örtüyünün taxta atmaları yanıb. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Zərdab rayonunun Məlikli kəndində ümumi sahəsi 140 m² olan tövlənin yanar konstruksiyaları və içərisinə yığılan 20 ton ot bağlamasının 10 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Sabirabad rayonunun Qaralı kəndində tikintisi başa çatmayan, ümumi sahəsi 130 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları və qismən ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

28 noyabr 2023-cü il saat 16:45-dək:

Bakı şəhəri, Nəsimi rayonu, A.Puşkin küçəsində ümumi sahəsi 2700 m² (hər mərtəbəsi 1350 m²) olan ikimərtəbəli ticarət mərkəzinin 1-ci mərtəbəsində ümumi sahəsi 60 m² olan otaqda quraşdırılmış elektrik lövhəsində 8 ədəd qoruyucu açar və 7 p.m elektrik kabeli yanıb. 

Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb. Ticarət mərkəzi yanğından mühafizə olunub.



Geri

28 noyabr 2023-cü il saat 16:35-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, A.Puşkin küçəsində ticarət mərkəzində yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Əlavə məlumat veriləcək.



Geri

28 noyabr 2023-cü il saat 15:30-dək:

Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 3 ədəd elektrik açarı, altıncı və yeddinci mərtəbələr arasında 7 p.m elektrik kabeli yanıb. Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

28 noyabr 2023-cü il saat 08:15-dək:

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 110 m² olan birmərtəbəli quşçuluq sexinin dam örtüyünün yanar konstruksiyaları 35 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Sumqayıt şəhərində ümumi sahəsi 20 m² olan taxta konstruksiyalardan ibarət qarajın yanar konstruksiyaları, “Mercedes” markalı mikroavtobusun yanar hissələri və yaxınlıqda 10 ədəd ağac yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Qazax rayonunun İkinci Şıxlı kəndində “MAN” markalı yük avtomobilinin mühərrik və kabina hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.