Geri

28 noyabr 2023-cü il saat 16:45-dək:

Bakı şəhəri, Nəsimi rayonu, A.Puşkin küçəsində ümumi sahəsi 2700 m² (hər mərtəbəsi 1350 m²) olan ikimərtəbəli ticarət mərkəzinin 1-ci mərtəbəsində ümumi sahəsi 60 m² olan otaqda quraşdırılmış elektrik lövhəsində 8 ədəd qoruyucu açar və 7 p.m elektrik kabeli yanıb. 

Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb. Ticarət mərkəzi yanğından mühafizə olunub.



Geri

28 noyabr 2023-cü il saat 16:35-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, A.Puşkin küçəsində ticarət mərkəzində yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Əlavə məlumat veriləcək.



Geri

28 noyabr 2023-cü il saat 15:30-dək:

Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 3 ədəd elektrik açarı, altıncı və yeddinci mərtəbələr arasında 7 p.m elektrik kabeli yanıb. Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

28 noyabr 2023-cü il saat 08:15-dək:

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 110 m² olan birmərtəbəli quşçuluq sexinin dam örtüyünün yanar konstruksiyaları 35 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Sumqayıt şəhərində ümumi sahəsi 20 m² olan taxta konstruksiyalardan ibarət qarajın yanar konstruksiyaları, “Mercedes” markalı mikroavtobusun yanar hissələri və yaxınlıqda 10 ədəd ağac yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Qazax rayonunun İkinci Şıxlı kəndində “MAN” markalı yük avtomobilinin mühərrik və kabina hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.