Geri

28 noyabr 2023-cü il saat 08:15-dək:

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 110 m² olan birmərtəbəli quşçuluq sexinin dam örtüyünün yanar konstruksiyaları 35 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Sumqayıt şəhərində ümumi sahəsi 20 m² olan taxta konstruksiyalardan ibarət qarajın yanar konstruksiyaları, “Mercedes” markalı mikroavtobusun yanar hissələri və yaxınlıqda 10 ədəd ağac yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Qazax rayonunun İkinci Şıxlı kəndində “MAN” markalı yük avtomobilinin mühərrik və kabina hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.