Geri

27 noyabr 2023-cü il saat 22:45-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində 3 nəfər uşağın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşaqların xilas olunması təmin edilib.

Geri

27 noyabr 2023-cü il saat 22:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaşa müvafiq köməklik göstərilib.

Geri

27 noyabr 2023-cü il saat 17:45-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaşa müvafiq köməklik göstərilib.

Geri

27 noyabr 2023-cü il saat 16:45-dək:

İmişli rayonunun Xubyarlı kəndində pambıq qəbulu məntəqəsinin ərazisində 299 ton pambığın 3 tonu yanıb. Pambığın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

27 noyabr 2023-cü il saat 13:45-dək:

Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 240 m² olan obyektin (restoran kimi fəaliyyət göstərir) mətbəxində 1 ədəd fri aparatı və havalandırma qurğusunda yağ qalıqları yanıb. Restoran və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Yardımlı şəhərində ümumi sahəsi 140 m² olan birmərtəbəli, 4 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

27 noyabr 2023-cü il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində bir halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfərə müvafiq köməklik göstərilib.

Geri

27 noyabr 2023-cü il saat 08:45-dək:

Qax rayonunun Qaxbaş kəndində həyətyanı sahəyə yığılan 35 ton ot bağlamasından 10 tonu yanıb. Yaxınlıqda olan ağacın gövdəsi qismən qarsalanıb. Ot bağlamalarının qalan hissəsi və ağac yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri

27 noyabr 2023-cü il saat 08:00-dək:

Gəncə şəhərində ümumi sahəsi 500 m² olan dəmir konstruksiyadan idarət avtomobil təmiri və rənglənməsi sexinin taxta üzlüyü, avadanlıqlar, sexin içərisində olan 2 ədəd  hər birinin həcmi 200 litr olan yararsız yağla dolu çəllək və təmirə dayanan 2 ədəd “ВАЗ” markalı minik avtomobili yanıb. Yüksək temperaturdan “KamAZ” markalı yük avtomobilinin banına çəkilmiş üzlük qarsalanıb. Sex ərazisində dayanan 5 ədəd minik avtomobili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

27 noyabr 2023-cü il saat 07:45-dək:

Masallı rayonunun Böyük Kolatan kəndində ümumi sahəsi 20 m² olan təndirxananın yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ağsu rayonunun Maşadqanlı kəndində ümumi sahəsi 70 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 6 ton ot bağlamasının 1,2 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Abşeron rayonunun Novxanı kəndində ümumi sahəsi 30 m² köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları, 2 p.m giriş-çıxış kabeli və yaxınlıqda yığılan 1 m³ odun yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qobustan rayonunun Cəngi qəsəbəsində ümumi sahəsi 30 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Biləsuvar rayonunda həyətyanı sahəyə yığılan 2 ton ot bağlamasının 1 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

27 noyabr 2023-cü il saat 01:30-dək:

Yardımlı rayonunda Yardımlı meşəbəyliyinin ərazisində təqribən 2500 m² sahədə xəzəl və kol-kos yanıb. Meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri

27 noyabr 2023-cü il saat 00:45-dək:

Gədəbəy rayonunda ümumi sahəsi 1250 m² olan ikimərtəbəli inzibati binanın gözləmə zalında tavan örtüyü 2 m² sahədə, kompüter masası qismən və kompüter yanıb.

Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb. Bina yanğından mühafizə olunub.