Geri

29 yanvar 2023-cü il saat 08:45-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Taxtakörpü-Ceyranbatan kanalının Şabran rayonu, Ağbaş kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Geri

29 yanvar 2023-cü il saat 02:45-dək:

Füzuli rayonunun Böyük Bəhmənli kəndində ümumi sahəsi 60 m² olan talvarın taxta atmaları 10 m² sahədə və altına yığılan 4 ton ot bağlamasının 3 tonu yanıb. Talvarın və ot bağlamalarının qalan hissəsi, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri

29 yanvar 2023-cü il saat 01:45-dək:

Ucar rayonunun Müsüslü kəndində “Ford” markalı yük avtomobilinin mühərriki, kabinəsi və qismən ban hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.