Geri

28 yanvar 2023-cü il saat 12:00-dək:

Xaçmaz rayonunun Yergüc kəndində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli inzibati binanın ikinci mərtəbəsinin bir otağında 4 m² sahədə tavan və 1 ədəd rəf yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 90 m² olan birmərtəbəli evin mətbəxinin yanar konstruksiyaları 12 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

28 yanvar 2023-cü il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

28 yanvar 2023-cü il saat 03:45-dək:

Sumqayıt şəhərində ümumi sahəsi 80 m² olan bir dam altında bir-birinə bitişik tikilən, 3 ailəyə məxsus birmərtəbəli evin dam örtüyü 80 m² sahədə, sahəsi 25 m² olan evin yanar konstruksiyaları və əşyaları yanıb. Digər iki evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.