İsmayıllı şəhərində "Daewoo" markalı minik avtomobilinin idarəetmə lövhəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Abşeron rayonunun Qobu qəsəbəsində bir dam altında tikilən dörd ailənin yaşadığı ümumi sahəsi 80 m² olan birmərtəbəli evin 2 otağının yanar konstruksiyaları 40 m² sahədə və dam örtüyü 60 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Qax rayonunun Qıpçaq kəndində ümumi sahəsi 90 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 2,5 ton ot bağlaması yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Füzuli rayonunun 10 №-li Qayıdış qəsəbəsində ümumi sahəsi 72 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının, dəhlizinin, mətbəxinın və dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Ucar şəhərində pambıq emalı sexində elevatorun içərisində 100 kiloqram pambıq tullantıları yanıb. Sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Şəki şəhərinin Aşağı Layısqı kəndində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli evin 1-ci mərtəbəsində 1 otağın tavanı 12 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Balakən rayonunun Yeni Şərif kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və dam örtüyü 100 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan FHN-nin Bakı Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib.
Salyan şəhərində “Mercedes” markalı minik avtomobilinin salonu, yük yeri və arxa təkərləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Sumqayıt şəhərində “Mercedes” markalı minik avtomobilinin mühərrik hissəsi və qismən idarəetmə lövhəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Neftçala rayonunun Xıllı qəsəbəsində ümumi sahəsi 35 m² olan birmərtəbəli evin 1 otağının qamışdan ibarət tavanı 5 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.