Geri

25 yanvar 2023-cü il saat 18:45-dək:

Abşeron rayonunun Qobu qəsəbəsində bir dam altında tikilən dörd ailənin yaşadığı ümumi sahəsi 80 m² olan birmərtəbəli evin 2 otağının yanar konstruksiyaları 40 m² sahədə və dam örtüyü 60 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

25 yanvar 2023-cü il saat 17:50-dək:

Qax rayonunun Qıpçaq kəndində ümumi sahəsi 90 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 2,5 ton ot bağlaması yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Füzuli rayonunun 10 №-li Qayıdış qəsəbəsində ümumi sahəsi 72 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının, dəhlizinin, mətbəxinın və dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

25 yanvar 2023-cü il saat 17:15-dək:

Ucar şəhərində pambıq emalı sexində elevatorun içərisində 100 kiloqram pambıq tullantıları yanıb. Sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

25 yanvar 2023-cü il saat 15:15-dək:

Şəki şəhərinin Aşağı Layısqı kəndində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli evin 1-ci mərtəbəsində 1 otağın tavanı 12 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

25 yanvar 2023-cü il saat 13:30-dək:

Balakən rayonunun Yeni Şərif kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və dam örtüyü 100 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

25 yanvar 2023-cü il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan FHN-nin Bakı Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

25 yanvar 2023-cü il saat 08:50-dək:

Salyan şəhərində “Mercedes” markalı minik avtomobilinin salonu, yük yeri və arxa təkərləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Sumqayıt şəhərində “Mercedes” markalı minik avtomobilinin mühərrik hissəsi və qismən idarəetmə lövhəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

25 yanvar 2023-cü il saat 01:30-dək:

Neftçala rayonunun Xıllı qəsəbəsində ümumi sahəsi 35 m² olan birmərtəbəli evin 1 otağının qamışdan ibarət tavanı 5 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.