Geri

27 sentyabr 2022-ci il saat 17:15-dək:

Cəlilabad rayonunun Sərhədabad kəndində “Chevrolet” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Şirvan şəhərində Şirvan Nərə Balıqartırma Zavodunun (hazırda fəaliyyət göstərmir) ərazisində ümumi sahəsi 180 m² olan anbarın tavanı və dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə yanıb. Anbarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

27 sentyabr 2022-ci il saat 11:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin yaşadığı mənzildən aşağı düşürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa köməklik göstərilib.

Geri

27 sentyabr 2022-ci il saat 11:15-dək:

Masallı rayonunun Bədəlan kəndində ümumi sahəsi 100 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə və içərisinə yığılan 3 ton ot bağlamasının 1,5 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

27 sentyabr 2022-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov və Binəqədi rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2-si azyaşlı olmaqla 7 nəfərin liftdən çıxarılması təmin edilib.
Geri

27 sentyabr 2022-ci il saat 02:00-dək:

Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 48 m² olan 2 otaqlı mənzilin 1 otağında ev əşyaları 1 m² sahədə yanıb. Yüksək temperaturdan 1 ədəd kondisioner qismən əriyib. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.