Geri

27 sentyabr 2022-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov və Binəqədi rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2-si azyaşlı olmaqla 7 nəfərin liftdən çıxarılması təmin edilib.
Geri

27 sentyabr 2022-ci il saat 02:00-dək:

Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 48 m² olan 2 otaqlı mənzilin 1 otağında ev əşyaları 1 m² sahədə yanıb. Yüksək temperaturdan 1 ədəd kondisioner qismən əriyib. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.