Geri

26 sentyabr 2022-ci il saat 22:30-dək:

Daşkəsən rayonunun Zağalı kəndində həyətyanı sahəyə yığılan 30 ton ot bağlamasının 1 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri

26 sentyabr 2022-ci il saat 20:45-dək:

Hacıqabul şəhərində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus dəmiryolu stansiyasının ərazisində ehtiyat yolda dayanan istifadəyə yararsız vaqonun yanar hissələri 40 m² sahədə yanıb. Qoşquda olan digər vaqonlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri

26 sentyabr 2022-ci il saat 18:15-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfərin yaşadığı mənzilə qaldırılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa köməklik göstərilib.

Geri

26 sentyabr 2022-ci il saat 17:45-dək:

Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində pambıq sahəsinə yığılmış 1,8 ton pambığın 0,4 tonu yanıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən pambığın qalan hissəsi və pambıq sahəsi yanğından mühafizə olunub, yanğın söndürülüb.
Geri

26 sentyabr 2022-ci il saat 15:30-dək:

Şəmkir rayonunun Sarıtəpə kəndində həyətyanı sahəyə yığılan 20 ton ot bağlamasının 15 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri

26 sentyabr 2022-ci il saat 13:00-dək:

Beyləqan rayonunun Birinci Şahsevən kəndində həyətyanı sahəyə yığılan 7 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

26 sentyabr 2022-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal və Binəqədi rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1-i azyaşlı olmaqla 3 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

26 sentyabr 2022-ci il saat 07:15-dək:

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 20 m² olan köməkçi tikilinin tavanı 15 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri

26 sentyabr 2022-ci il saat 05:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.

Geri

26 sentyabr 2022-ci il saat 03:00-dək:

Ağcabədi rayonunun Şərəfxanlı kəndində ümumi sahəsi 80 m² olan tövlənin taxta konstruksiyalardan ibarət tavanı 20 m² sahədə və içərisinə yığılan 5 ton ot bağlamasının 2 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri

26 sentyabr 2022-ci il saat 00:15-dək:

Ağcabədi rayonunun Şərəfxanlı kəndində ümumi sahəsi 40 m² olan köməkçi tikilinin tavanı 15 m² sahədə və içərisinə yığılan 10 ton ot bağlamasının 5 tonu yanıb. Köməkçi tikilinin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.