Geri

26 sentyabr 2022-ci il saat 05:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.

Geri

26 sentyabr 2022-ci il saat 03:00-dək:

Ağcabədi rayonunun Şərəfxanlı kəndində ümumi sahəsi 80 m² olan tövlənin taxta konstruksiyalardan ibarət tavanı 20 m² sahədə və içərisinə yığılan 5 ton ot bağlamasının 2 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri

26 sentyabr 2022-ci il saat 00:15-dək:

Ağcabədi rayonunun Şərəfxanlı kəndində ümumi sahəsi 40 m² olan köməkçi tikilinin tavanı 15 m² sahədə və içərisinə yığılan 10 ton ot bağlamasının 5 tonu yanıb. Köməkçi tikilinin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.