Kürdəmir rayonunun Garıs Əyribənd kəndində “ВАЗ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Kürdəmir rayonunun Quşlar kəndində ümumi sahəsi 85 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov və Yasamal rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 nəfərin liftdən çıxarılması təmin edilib.
Cəlilabad şəhərində ümumi sahəsi 150 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxində lambirdən ibarət tavan 12 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Şamaxı rayonunun Ərçiman kəndində ümumi sahəsi 180 m² olan tövlənin yanar konstruksiyaları 85 m² sahədə və içərisinə yığılan 3 ton ot bağlaması yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Şəmkir rayonunun Düyərli kəndində ümumi sahəsi 300 m² olan ikimərtəbəli 10 otaqlı evin 1-ci mərtəbəsində mətbəxin yanar konstruksiyaları 25 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Ağdaş rayonunun Kotanarx kəndində ümumi sahəsi 32 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları, damına yığılan 3 ton ot bağlamasının 2 tonu və bitişik ümumi sahəsi 24 m² olan talvarın taxta atmaları yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Siyəzən rayonunun Beşdam kəndində ümumi sahəsi 36 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə və yaxınlıqda 1 ədəd elektrik dirəyi yanıb. Tövlənin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bakı şəhərinin Suraxanı rayonunda “Saipa" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər sərnişin tüstüdən zəhərlənmiş halda avtomobildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.