Geri

25 sentyabr 2022-ci il saat 17:00-dək:

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 170 m² olan obyektin elektrik otağında 1 ədəd tənzimləyicisi və 1,5 p.m kabel yanıb. Yüksək temperaturdan 2 ədəd paylayıcı lövhənin plastikdən ibarət üzlüyü əriyib. Obyekt yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri

25 sentyabr 2022-ci il saat 16:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 2 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən giriş qapısının açılması və nəzarətsiz qalmış uşaqların xilas olunması təmin edilib.


Geri

25 sentyabr 2022-ci il saat 15:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 2 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən giriş qapısının açılması və nəzarətsiz qalmış uşaqların xilas olunması təmin edilib.

Geri

25 sentyabr 2022-ci il saat 14:30-dək:

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 30 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb. Yanğın zamanı tövlənin içərisində olan 2 baş xırdabuynuzlu heyvan yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə köçürülüb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri

25 sentyabr 2022-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov və Yasamal rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

25 sentyabr 2022-ci il saat 08:00-dək:

Cəlilabad şəhərində ümumi sahəsi 150 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxində lambirdən ibarət tavan 12 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şamaxı rayonunun Ərçiman kəndində ümumi sahəsi 180 m² olan tövlənin yanar konstruksiyaları 85 m² sahədə və içərisinə yığılan 3 ton ot bağlaması yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şəmkir rayonunun Düyərli kəndində ümumi sahəsi 300 m² olan ikimərtəbəli 10 otaqlı evin 1-ci mərtəbəsində mətbəxin yanar konstruksiyaları 25 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ağdaş rayonunun Kotanarx kəndində ümumi sahəsi 32 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları, damına yığılan 3 ton ot bağlamasının 2 tonu və bitişik ümumi sahəsi 24 m² olan talvarın taxta atmaları yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Siyəzən rayonunun Beşdam kəndində ümumi sahəsi 36 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə və yaxınlıqda 1 ədəd elektrik dirəyi yanıb. Tövlənin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

25 sentyabr 2022-ci il saat 01:30-dək:

Bakı şəhərinin Suraxanı rayonunda “Saipa" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər sərnişin tüstüdən zəhərlənmiş halda avtomobildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.