Geri

24 sentyabr 2022-ci il saat 14:00-dək:

Abşeron rayonunun Digah qəsəbəsində ümumi sahəsi 45 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının, dəhlizinin və dam örtüyünün yanar konstruksiyaları 35 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

24 sentyabr 2022-ci il saat 12:00-dək:

Göyçay rayonunun Çaxırlı kəndində ümumi sahəsi 30 m² tövlənin dam örtüyünün yanar konstruksiyaları və həyətyanı ərazidə qamışdan ibarət çəpər 20 p.m yanıb. Tövlənin yaxınlığına yığılan ot bağlaması yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

24 sentyabr 2022-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

24 sentyabr 2022-ci il saat 07:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Astara şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Çağırış ünvanına cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa köməklik göstərilib.

Geri

24 sentyabr 2022-ci il saat 00:45-dək:

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 60 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 5 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Qusar rayonunun Quxuroba kəndində ferma ərazisində ümumi sahəsi 375 m² olan tövlənin yanar konstruksiyaları və içərisinə yığılan 2,2 ton ot bağlamasının 1,5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi, yaxınlıqdakı ot tayaları və tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.