Geri

23 sentyabr 2022-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi və Yasamal rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 nəfərin liftdən çıxarılması təmin edilib.
Geri

23 sentyabr 2022-ci il saat 02:45-dək:

Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 100 m² olan tikilinin (qapı-pəncərə sexi kimi fəaliyyət göstərir) içərisində plastikdən ibarət qapı-pəncərə 6 m² sahədə yanıb. Yüksək temperaturdan lambirdən ibarət tavan 50 m² sahədə əriyib. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Şabran şəhərində taxta konstruksiyalardan ibarət bir dam altında tikilən ümumi sahəsi 410 m² olan kommunal tipli birmərtəbəli binada sahəsi  110 m² olan 5 otaqlı mənzilin çardağı 110 m² sahədə və 3 otağının yanar konstruksiyaları 45 m² sahədə yanıb. Mənzilin qalan hissəsi və bitişik mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

23 sentyabr 2022-ci il saat 01:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən giriş qapısının açılması və nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.