Geri

17 avqust 2022-ci il saat 21:45-dək:

Cəlilabad rayonunun Abışabad kəndində ümumi sahəsi 28 m² olan talvarın taxta atmaları və altına yığılan 6 ton ot bağlamasının 2 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və ətraf tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

17 sentyabr 2022-ci il saat 17:30-dək:

Xızı şəhərində “Ford” markalı yük avtomobilinin mühərrik hissəsi qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri

17 sentyabr 2022-ci il saat 15:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin xəstəxanaya aparılması zərurətinin yaranması, bununla əlaqədar həkim briqadasına müvafiq köməkliyin göstərilməsi üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Xilasedicilərin köməkliyi ilə vətəndaş 6-cı mərtəbədəki mənzildən aşağı düşürülüb və təcili tibbi yardım briqadasına təhvil verilib.​

Geri

17 sentyabr 2022-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail, Yasamal və Sabunçu rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 4-ü azyaşlı olmaqla 6 nəfərin liftdən çıxarılması təmin edilib.​

Geri

17 sentyabr 2022-ci il saat 00:15-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.