Geri

16 sentyabr 2022-ci il saat 15:15-dək:

Masallı rayonunun Yeni Zuvand kəndində ümumi sahəsi 60 m² olan tövlənin yanar konstruksiyaları 30 m² sahədə və içərisinə yığılan 6 ton ot bağlamasının 2 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

16 sentyabr 2022-ci il saat 14:00-dək:

Masallı rayonunun Xırmandalı kəndində ümumi sahəsi 70 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 60 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

16 sentyabr 2022-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfər azyaşlının liftdən çıxarılması təmin edilib.

Geri

16 sentyabr 2022-ci il saat 07:50-dək:

Xaçmaz rayonunun Qımılqışlaq kəndində həyətyanı sahəyə yığılan 3 ton ot bağlamasının 2 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Balakən rayonunun Qazma kəndində ümumi sahəsi 100 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 150 ton ot bağlamasının 75 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

16 sentyabr 2022-ci il saat 00:30-dək:

Cəlilabad rayonunun Təzəkənd kəndində ümumi sahəsi 70 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə və içərisinə yığılan 6 ton ot bağlamasının 3,5 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Abşeron rayonunun Xırdalan şəhərində "Toyota" markalı minik avtomobili yol kənarındakı elektrik dirəyinə çırpılıb. Nəticədə avtomobilin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.