Geri

01 sentyabr 2022-ci il saat 13:45-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Siyəzən rayonunun Nardaran kəndində bir baş iribuynuzlu heyvanın dərinliyi təqribən 7 metr olan quyuya düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Çağırış ünvanına cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən heyvan quyudan çıxarılıb və sahibinə təhvil verilib.

Geri

01 sentyabr 2022-ci il saat 11:45-dək:

Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində ümumi sahəsi 35 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 25 m² sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

01 sentyabr 2022-ci il saat 08:15-dək:

Biləsuvar rayonunun Ağalıkənd kəndində ümumi sahəsi 104 m² olan metal konstruksiyalardan ibarət talvarın altına yığılan 160 ton ot bağlamasının 10 tonu, yaxınlıqda ümumi sahəsi 121 m² olan birmərtəbəli evin 2 ədəd plastik pəncərə çərçivəsi, qapısı və dam örtüyünün yanar konstruksiyaları 6 m² sahədə yanıb. Yüksək temperaturdan talvarın metal konstruksiyaları deformasiyaya uğrayıb. Ot bağlamalarının, evin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Beyləqan rayonunun Tatalılar kəndində ümumi sahəsi 112 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 27 ton ot bağlamasının 10 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Lerik rayonunun Qışlaq kəndində ümumi sahəsi 153 m² olan 3 otaqlı evin yanar konstruksiyaları və damına yığılmış 1,6 ton ot bağlaması yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Qonşu ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Yevlax rayonunun Xaldan kəndində ümumi sahəsi 90 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə və yaxınlıqda yığılan 800 kq ot bağlaması yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

01 sentyabr 2022-ci il saat 00:15-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərində 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən giriş qapısının açılması və nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.