Biləsuvar rayonunun Ağalıkənd kəndində ümumi sahəsi 104 m² olan metal konstruksiyalardan ibarət talvarın altına yığılan 160 ton ot bağlamasının 10 tonu, yaxınlıqda ümumi sahəsi 121 m² olan birmərtəbəli evin 2 ədəd plastik pəncərə çərçivəsi, qapısı və dam örtüyünün yanar konstruksiyaları 6 m² sahədə yanıb. Yüksək temperaturdan talvarın metal konstruksiyaları deformasiyaya uğrayıb. Ot bağlamalarının, evin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Beyləqan rayonunun Tatalılar kəndində ümumi sahəsi 112 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 27 ton ot bağlamasının 10 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Lerik rayonunun Qışlaq kəndində ümumi sahəsi 153 m² olan 3 otaqlı evin yanar konstruksiyaları və damına yığılmış 1,6 ton ot bağlaması yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Qonşu ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Yevlax rayonunun Xaldan kəndində ümumi sahəsi 90 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə və yaxınlıqda yığılan 800 kq ot bağlaması yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərində 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən giriş qapısının açılması və nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.