Geri

08 avqust 2022-ci il saat 07:30-dək:

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 240 m² olan bələdiyyəyə məxsus birmərtəbəli inzibati binanın 1 otağının yanar konstruksiyaları 7 m² sahədə və ondulindən ibarət dam örtüyü 240 m² sahədə yanıb. Binanın qalan hissəsi və bitişik digər obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 200 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsində, ümumi sahəsi 50 m² olan qarajda taxtadan ibarət rəflər, ev əşyaları, 1 ədəd kondisioner və 4 ədəd soyuducu qismən yanıb. Qarajın qalan hissəsi və ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Beyləqan rayonunun Xaçınabad kəndində transformatorun yağı yanıb. Transformatorun qalan hissəsi və kabellər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sabirabad rayonunun Qaragüney kəndində ümumi sahəsi 200 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.