Geri

07 avqust 2022-ci il saat 07:45-dək:

Tovuz rayonunun Abulbəyli kəndində ümumi sahəsi 80 m² olan taxta konstruksiyadan ibarət çayxana və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

07 avqust 2022-ci il saat 00:15-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkın yaxınlığında, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 500 m aralı, nəzarətsiz ərazi) 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal çağırış üzrə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasedicilərinin çevik müdaxiləsi nəticəsində vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.