Geri

06 avqust 2022-ci il saat 22:15-dək:

Saatlı rayonunun Nərimanov kəndində ümumi sahəsi 70 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və qismən içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

06 avqust 2021-ci il saat 22:00-dək:

Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Şüvəlan” sularda xilasetmə məntəqəsinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.

Geri

06 avqust 2022-ci il saat 21:15-dək:

Hacıqabul şəhərində "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus yarımstansiyanın ərazisində transformatorun yanar hissələri yanıb. Yaxınlıqda olan transformatorlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

06 avqust 2022-ci il saat 21:10-dək:

Oğuz rayonunun Mollalı kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və içərisindəki ev əşyaları yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

06 avqust 2021-ci il saat 20:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1974-cü il təvəllüdlü Ağayev İmran Oktay oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Geri

06 avqust 2022-ci il saat 20:15-dək:

Şəki şəhərinin Böyük Dəhnə kəndində ümumi sahəsi 40 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 1 ton ot bağlamasının 0,6 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 7 ədəd sayğac və 6 p.m kabel yanıb. Sayğacların qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

06 avqust 2022-ci il saat 15:45-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda hərbi sursat aşkar olunması barədə məlumat daxil olub. Məlumat qəbul edildikdən dərhal sonra FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexniki işlər üzrə mütəxəssisləri qeyd olunan əraziyə cəlb olunub və aşkar olunmuş hərbi sursata baxış keçirilib. Döyüş tətbiqinə yararlı sursat olduğu müəyyən edildikdən sonra sursat müvafiq qaydada götürülərək aidiyyəti üzrə təhvil verilib. Hərbi sursatın tapıldığı ərazidə aparılan axtarışlar nəticəsində heç bir şübhəli əşya aşkar edilməyib.

Geri

06 avqust 2022-ci il saat 13:15-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda dördmərtəbəli yaşayış binasının xarici divarına bərkidilən metal borunun bir hissəsinin yerindən qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Sakinlərin və ərazidən keçən vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri qeyd olunan ünvana cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində yaranmış təhlükə aradan qaldırılıb.

Geri

06 avqust 2022-ci il saat 11:30-dək:

Samux rayonunun Qaraağaclı qəsəbəsində ümumi sahəsi 195 m² olan tikintisi başa çatmayan kürsülü, birmərtəbəli 7 otaqlı evin dam örtüyünün taxta atmaları, plastikdən ibarət pəncərə çərçivələri və içərisindəki tikinti materialları, yaxınlıqda ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və içərisindəki ev əşyaları yanıb. Yaxınlıqdakı tövlə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

06 avqust 2022-ci il saat 10:30-dək ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə İsmayıllı rayonu ərazisində Babadağ dağında bir neçə nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumat qəbul edilən kimi FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Əlavə məlumat veriləcək.

Geri

06 avqust 2022-ci il saat 07:15-dək:

Şəmkir rayonunun Düyərli kəndində ümumi sahəsi 150 m² olan kürsülü, birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Qaradağ rayonunda “ГАЗел” markalı yük avtomobilinin salonu və banına çəkilən üzlük yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.