Geri

06 avqust 2022-ci il saat 11:30-dək:

Samux rayonunun Qaraağaclı qəsəbəsində ümumi sahəsi 195 m² olan tikintisi başa çatmayan kürsülü, birmərtəbəli 7 otaqlı evin dam örtüyünün taxta atmaları, plastikdən ibarət pəncərə çərçivələri və içərisindəki tikinti materialları, yaxınlıqda ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və içərisindəki ev əşyaları yanıb. Yaxınlıqdakı tövlə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

06 avqust 2022-ci il saat 10:30-dək ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə İsmayıllı rayonu ərazisində Babadağ dağında bir neçə nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumat qəbul edilən kimi FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Əlavə məlumat veriləcək.

Geri

06 avqust 2022-ci il saat 07:15-dək:

Şəmkir rayonunun Düyərli kəndində ümumi sahəsi 150 m² olan kürsülü, birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Qaradağ rayonunda “ГАЗел” markalı yük avtomobilinin salonu və banına çəkilən üzlük yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.