Gəncə şəhərində ümumi sahəsi 4800 m² olan dördmərtəbəli yaşayış binasının dam örtüyü 150 m² sahədə və hər birinin sahəsi 75 m² olan 4 mənzilin yanar konstruksiyaları ümumilikdə 300 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər tüstüdən zəhərlənmiş vəziyyətdə təcili tibbi yardım briqadasına təhvil verilib, 18 nəfər sakin tüstülənmiş mənzillərdən çıxarılaraq təhlükəsiz əraziyə təxliyə olunub. Yanğından mühafizə bölmələri tərəfindən binanın qalan hissəsi mühafizə olunub, yanğın söndürülüb.
Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsinin pilləkən qəfəsində məişət tullantıları 3 m² sahədə və 1 ədəd plastik qapı yanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin barmağında dəmir halqa sıxılaraq qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri həkim nəzarəti altında halqanın müvafiq qaydada çıxarılmasını təmin ediblər.
Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində ümumi sahəsi 5000 m² olan ikimərtəbəli binanın (bağça və orta məktəb binası kimi fəaliyyət göstərir) birinci mərtəbəsində bağça kimi fəaliyyət göstərən hissəsinin mətbəxində mebel 4 m² sahədə və döşəmə 1 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Goranboy rayonunun Xoylu kəndində ferma ərazisində ümumi sahəsi 28 m² olan dəmir konstruksiyalardan ibarət tikilinin taxta üzlüyü 18 m² sahədə yanıb. Tikilinin qalan hissəsi və ferma yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Salyan rayonunun Seyidlər kəndində ümumi sahəsi 120 m² olan talvarın taxta atmaları 10 m² sahədə və altına yığılan 16 ton ot bağlamasının 6 tonu yanıb. Talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.