Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində ümumi sahəsi 5000 m² olan ikimərtəbəli binanın (bağça və orta məktəb binası kimi fəaliyyət göstərir) birinci mərtəbəsində bağça kimi fəaliyyət göstərən hissəsinin mətbəxində mebel 4 m² sahədə və döşəmə 1 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Goranboy rayonunun Xoylu kəndində ferma ərazisində ümumi sahəsi 28 m² olan dəmir konstruksiyalardan ibarət tikilinin taxta üzlüyü 18 m² sahədə yanıb. Tikilinin qalan hissəsi və ferma yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Salyan rayonunun Seyidlər kəndində ümumi sahəsi 120 m² olan talvarın taxta atmaları 10 m² sahədə və altına yığılan 16 ton ot bağlamasının 6 tonu yanıb. Talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.