Geri

30 avqust 2022-ci il saat 23:00-dək:

Qusar şəhərində ümumi sahəsi 14 m² olan talvarın yanar konstruksiyaları və həyətyanı ərazidə 200 m² sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Cəlilabad rayonunun Təzəkənd kəndində ümumi sahəsi 72 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 10 ton ot bağlamasının 6 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

30 avqust 2022-ci il saat 22:45-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.

Geri

30 avqust 2022-ci il saat 22:15-dək:

Ağsu rayonunun Gursulu kəndi yaxınlığında bələdiyyəyə aid ərazidə 15 ha sahədə quru ot və kol-kos yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

30 avqust 2022-ci il saat 22:05-dək:

Ağstafa rayonunun Kolxəlfəli kəndində ümumi sahəsi 300 m² olan birmərtəbəli kitabxana binasının yanar konstruksiyaları yanıb. Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində kitabla dolu rəflər binadan çıxarılaraq yanğından mühafizə olunub, yanğın söndürülüb.

Geri

30 avqust 2022-ci il saat 21:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda minik avtomobilinin dərəyə yuvarlanması ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub. Məlumat qəbul edilən kimi FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində sürücünün meyiti dərədən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Geri

30 avqust 2022-ci il saat 17:30-dək:

Bərdə rayonunun Samuxlu kəndində həyətyanı ərazidə ümumi sahəsi 27 m² olan taxta konstruksiyalardan ibarət talvar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Salyan rayonunun Beştalı kəndində ümumi sahəsi 50 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 4,5 ton ot bağlamasının 2,5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və bitişik köməkçi tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

30 avqust 2022-ci il saat 16:05-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin müvafiq qüvvə və texnikaları, o cümlədən 2 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Geri

30 avqust 2022-ci il saat 06:30-dək:

Oğuz rayonunun Xaçmazqışlaq kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

30 avqust 2022-ci il saat 02:15-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 2 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən giriş qapısının açılması və nəzarətsiz qalmış uşaqların xilas olunması təmin edilib.