Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi, Xətai, Binəqədi və Yasamal rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 4 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 7 nəfərin liftdən çıxarılması təmin edilib.
Quba rayonunun Qımıl kəndində ümumi sahəsi 100 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları, damına və içərisinə yığılan 12 ton ot bağlamasının 7 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Abşeron rayonunda “ВАЗ” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 300 m² olan avtomobil ehtiyat hissələrinin satışı mağazasının dam örtüyünün taxta atmaları və lambirdən ibarət tavanı yanıb. Mağazanın içərisində olan avtomobil ehtiyat hissələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bərdə şəhərində beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 56 m² olan 4 otaqdan ibarət obyektin 1 otağında 1 ədəd masa, 1 ədəd kreslo və 1 ədəd dolab qismən yanıb. Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Qusar rayonunun Minaxür kəndində, bağ ərazisində 8 ha sahədə qurumuş fındıq ağacları və 1 ha biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı digər meyvə bağları yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Qazax rayonunun Hüseynbəyli kəndində “Mercedes” markalı yük avtomobilinin mühərrik və kabinə hissəsi qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Lənkəran şəhərində ümumi sahəsi 150 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin mətbəxinin tavanı 9 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.