Qusar rayonunun Minaxür kəndində, bağ ərazisində 8 ha sahədə qurumuş fındıq ağacları və 1 ha biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı digər meyvə bağları yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Qazax rayonunun Hüseynbəyli kəndində “Mercedes” markalı yük avtomobilinin mühərrik və kabinə hissəsi qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Lənkəran şəhərində ümumi sahəsi 150 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin mətbəxinin tavanı 9 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.