Geri
28 avqust 2022-ci il saat 13:15-dək, ilkin məlumata əsasən:
Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində mazutluq və məişət tullantıları ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Əlavə məlumat veriləcək.
Geri
28 avqust 2022-ci il saat 13:00-dək:
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin xəstəxanaya aparılması zərurətinin yaranması, bununla əlaqədar həkim briqadasına müvafiq köməkliyin göstərilməsi üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Xilasedicilərin köməkliyi ilə vətəndaş birmərtəbəli fərdi yaşayış evindən aşağı düşürülüb və təcili tibbi yardım briqadasına təhvil verilib.
Geri
28 avqust 2022-ci il saat 12:50-dək, ilkin məlumata əsasən:
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində mazutluq sahə və məişət tullantılarının yanması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Geri
28 avqust 2022-ci il saat 09:00-dək:
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai, Nizami və Binəqədi rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 7 nəfərin liftdən çıxarılması təmin edilib.
Geri
28 avqust 2022-ci il saat 02:00-dək:
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Qəbələ şəhərində 1 nəfərin barmağında dəmir halqa sıxılaraq qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri həkim nəzarəti altında halqanın müvafiq qaydada çıxarılmasını təmin ediblər.