Geri

17 avqust 2022-ci il saat 15:15-dək:

Qazax rayonunun Canallı kəndi həyətyanı sahədə 10 m² sahədə kol-kos, yaxınlıqda ümumi sahəsi 3 m² olan sanitar qovşağının yanar konstruksiyaları və ümumi sahəsi 25 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 5 m² sahədə yanıb. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Sabirabad rayonunun Minbaşı kəndində ümumi sahəsi 200 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları 50 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

17 avqust 2022-ci il saat 15:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində  1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.

 

 

 

Geri

17 avqust 2022-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai, Binəqədi və Suraxanı rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 4 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2-si azyaşlı olmaqla 7 nəfərin liftdən çıxarılması təmin edilib.

 

Geri

17 avqust 2022-ci il saat 08:00-dək:

Dənizdə ("Nardaran-2" sularda xilasetmə məntəqəsindən kənarda, nəzarətsiz ərazidə) batan 1 nəfərin axtarışları başa çatıb. Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində batan şəxsin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Geri

17 avqust 2022-ci il saat 03:15-dək:

Samux rayonunun Seyidlər kəndində həyətyanı sahəyə yığılan 4 ton ot bağlamasının 1,5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

İsmayıllı rayonunun Hacıhətəmli kəndində ümumi sahəsi 200 m² olan tövlənin yanar konstruksiyaları, damına yığılan 20 ton ot bağlaması və içərisinə yığılan 400 kq arpa yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağdaş rayonunun Cüvə kəndində “ВАЗ” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Abşeron rayonunun Masazır qəsəbəsində “ВАЗ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Qaradağ rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 65 m² olan mənzilin 2 otağının yanar konstruksiyaları 55 m² sahədə yanıb. Yüksək temperaturdan dəhliz 5 m² sahədə qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

17 avqust 2022-ci il saat 00:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən giriş qapısının açılması və nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.