Geri

16 avqust 2022-ci il saat 01:45-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa köməklik göstərilib.

Geri

16 avqust 2022-ci il saat 01:00-dək:

Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının mənfi 1-ci mərtəbəsində divara quraşdırılmış 59 ədəd elektrik sayğacı yanıb. Yeraltı dayanacaqda olan avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.