Geri

16 avqust 2022-ci il saat 06:30-dək:

Qusar rayonunun Qalacıq kəndində həyətyanı sahədə yığılan 4,5 ton ot bağlamasının 1,5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 83 m² olan (fəaliyyət göstərməyən) birmərtəbəli 3 otaqlı obyektin dam örtüyünün yanar konstruksiyaları 83 m² sahədə, 2 otağının yanar konstruksiyaları 63 m² sahədə, içərisində olan soyuducu və kondisioner yanıb. Obyektin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xaçmaz rayonunun Çaxmaqlı kəndində həyətyanı sahədə yığılan 7 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qusar rayonunun Gədəzeyxur kəndində həyətyanı sahədə yığılan 3 ton ot bağlamasının 1 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bərdə rayonunun Güloğullar kəndində ümumi sahəsi 120 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə və damına yığılan 60 ton ot bağlamasının 20 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

16 avqust 2022-ci il saat 01:45-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa köməklik göstərilib.

Geri

16 avqust 2022-ci il saat 01:00-dək:

Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının mənfi 1-ci mərtəbəsində divara quraşdırılmış 59 ədəd elektrik sayğacı yanıb. Yeraltı dayanacaqda olan avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.