Geri

15 avqust 2022-ci il saat 01:30-dək:

Xaçmaz rayonunda istirahət mərkəzinin ərazisində ümumi sahəsi 32 m² olan birmərtəbəli, dəmirdən ibarət kotecin taxta üzlüyü, yaxınlıqda ümumi sahəsi 80 m² olan digər birmərtəbəli 1 otaqlı kotecin hamam otağının lambirdən ibarət tavanı 4 m² sahədə, 1 ədəd plastmasdan ibarət qapı və dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. Kotecin qalan hissəsi və istirahət mərkəzinin ərazisi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Goranboy rayonunun Fəxralı kəndində həyətyanı sahədə yığılan 6 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Yardımlı rayonunun Telavar kəndində ümumi sahəsi 48 m² olan tövlənin yanar konstruksiyaları və damına yığılan 5 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

15 avqust 2022-ci il saat 01:15-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 2 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən giriş qapısının açılması və nəzarətsiz qalmış uşaqların xilas olunması təmin edilib.