Geri

11 avqust 2022-ci il saat 20:45-dək:

Bakı şəhərinin Suraxanı rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 10 ədəd elektrik sayğacı yanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sumqayıt şəhərində ümumi sahəsi 120 m² olan ikimərtəbəli 8 otaqlı evin dam örtüyünün taxta atmaları 40 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şəki şəhərinin Böyük Dəhnə kəndində ümumi sahəsi 70 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 500 kiloqram ot bağlamasının 400 kiloqramı yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

11 avqust 2022-ci il saat 19:15-dək:

Beyləqan rayonunun Türklər qəsəbəsində ümumi sahəsi 78 m² olan birmərtəbəli ərzaq mağazasının yanar konstruksiyaları, içərisində olan ərzaq malları, 3 ədəd vitrin soyuducusu və 1 ədəd kondisioner yanıb. Yüksək temperaturdan bitişik, ümumi sahəsi 24 m² olan birmərtəbəli mağazanın dam örtüyünün lambirdən ibarət hissəsi 6 m² sahədə əriyib. Bitişik mağazalar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

11 avqust 2022-ci il saat 19:00-dək:

Xaçmaz rayonunun Üçgünqışlaq kəndində açıq ərazidə 3 ha sahədə quru ot, kol-kos və məişət tullantıları yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Geri

11 avqust 2022-ci il saat 15:45-dək:

Hacıqabul rayonunun Navahı kəndində ümumi sahəsi 150 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 10 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

11 avqust 2022-ci il saat 14:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhərinin Xəzər rayonunda 40 m² sahədə məişət tullantıları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

11 avqust 2022-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal, Binəqədi, Nərimanov, Xəzər və Xətai rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 5 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 9 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

11 avqust 2022-ci il saat 07:45-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa köməklik göstərilib.

Geri

11 avqust 2022-ci il saat 03:15-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Ağcabədi rayonunun Muğanlı kəndində bir baş iribuynuzlu heyvanın dərinliyi təqribən 2 metr olan quyuya düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Çağırış ünvanına cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən heyvan quyudan çıxarılıb və sahibinə təhvil verilib.