Geri

11 avqust 2022-ci il saat 14:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhərinin Xəzər rayonunda 40 m² sahədə məişət tullantıları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

11 avqust 2022-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal, Binəqədi, Nərimanov, Xəzər və Xətai rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 5 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 9 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

11 avqust 2022-ci il saat 07:45-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa köməklik göstərilib.

Geri

11 avqust 2022-ci il saat 03:15-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Ağcabədi rayonunun Muğanlı kəndində bir baş iribuynuzlu heyvanın dərinliyi təqribən 2 metr olan quyuya düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Çağırış ünvanına cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən heyvan quyudan çıxarılıb və sahibinə təhvil verilib.