Geri

10 avqust 2022-ci il saat 22:00-dək:

Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Şüvəlan” sularda xilasetmə məntəqəsinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.

Geri

10 avqust 2022-ci il saat 20:15-dək:

Masallı rayonunun Qasımlı kəndində ümumi sahəsi 90 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 55 m² sahədə və içərisindəki 4 ton ot bağlamasının 1 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

10 avqust 2022-ci il saat 19:45-dək:

Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 250 m² olan restoranın mətbəxində elektrik naqili 0,5 p.m yanıb, yüksək temperaturdan 1 ədəd kondisioner qismən qarsalanıb. Restoran yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

10 avqust 2022-ci il saat 19:40-dək:

Salyan rayonunun Xələc kəndində ümumi sahəsi 48 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları 32 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

10 avqust 2022-ci il saat 18:15-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən restoranda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.

Geri

10 avqust 2022-ci il saat 18:00-dək:

Şəmkir rayonunda “BELARUS” markalı traktorun qoşqusunun yanar hissələri və qoşquya yığılan 1,5 ton ot bağlaması yanıb. Traktor yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağcabədi rayonunda ümumi sahəsi 20 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları və qismən içərisindəki ev əşyaları yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

10 avqust 2022-ci il saat 17:40-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən restoranda yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Geri

10 avqust 2022-ci il saat 17:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda 1953-cü il təvəllüdlü qadının xəstəxanaya aparılması zərurətinin yaranması, bununla əlaqədar həkim briqadasına müvafiq köməkliyin göstərilməsi üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Xilasedicilərin köməkliyi ilə vətəndaş 5-ci mərtəbədəki mənzildən aşağı düşürülüb və təcili tibbi yardım briqadasına təhvil verilib.

Geri

10 avqust 2022-ci il saat 13:45-dək:

Gəncə şəhərində ümumi sahəsi 500 m² olan anbarın tavan örtüyü 30 m² sahədə yanıb. Anbarın qalan hissəsi, içərisində olan 15 ton məhsul yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

10 avqust 2022-ci il saat 08:00-dək:

Bakı şəhərinin Xətai rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 46 m² olan üçotaqlı mənzilin 1 otağında ev əşyaları 5 m² sahədə yanıb, yüksək temperaturdan 1 ədəd pəncərə çərçivəsi qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

10 avqust 2022-ci il saat 00:15-dək:

Xaçmaz rayonunun Şollar kəndində ümumi sahəsi 240 m² olan ikimərtəbəli 5 otaq və aynəbənddən ibarət evin dam örtüyünün taxta atmaları 120 m² sahədə, 2-ci mərtəbəsində 1 otaq, taxta konstruksiyalardan ibarət aynabənd və pilləkən qəfəsi 95 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.