Geri

10 avqust 2022-ci il saat 17:40-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən restoranda yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Geri

10 avqust 2022-ci il saat 17:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda 1953-cü il təvəllüdlü qadının xəstəxanaya aparılması zərurətinin yaranması, bununla əlaqədar həkim briqadasına müvafiq köməkliyin göstərilməsi üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Xilasedicilərin köməkliyi ilə vətəndaş 5-ci mərtəbədəki mənzildən aşağı düşürülüb və təcili tibbi yardım briqadasına təhvil verilib.

Geri

10 avqust 2022-ci il saat 13:45-dək:

Gəncə şəhərində ümumi sahəsi 500 m² olan anbarın tavan örtüyü 30 m² sahədə yanıb. Anbarın qalan hissəsi, içərisində olan 15 ton məhsul yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

10 avqust 2022-ci il saat 08:00-dək:

Bakı şəhərinin Xətai rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 46 m² olan üçotaqlı mənzilin 1 otağında ev əşyaları 5 m² sahədə yanıb, yüksək temperaturdan 1 ədəd pəncərə çərçivəsi qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

10 avqust 2022-ci il saat 00:15-dək:

Xaçmaz rayonunun Şollar kəndində ümumi sahəsi 240 m² olan ikimərtəbəli 5 otaq və aynəbənddən ibarət evin dam örtüyünün taxta atmaları 120 m² sahədə, 2-ci mərtəbəsində 1 otaq, taxta konstruksiyalardan ibarət aynabənd və pilləkən qəfəsi 95 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.