Geri

31 iyul 2022-ci il saat 14:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda bir nəfər azyaşlının əli ətçəkən maşında sıxılı vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri həkim nəzarəti altında azyaşlının əlini ətçəkən maşından çıxarıblar.

Geri

31 iyul 2022-ci il saat 14:00-dək:

Oğuz rayonunun Yaqublu kəndində ümumi sahəsi 160 m² (hər mərtəbəsi 80 m²) olan ikimərtəbəli evin 2-ci mərtəbəsində mətbəxin tavanı və ev əşyaları 6 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

31 iyul 2022-ci il saat 07:45-dək:

Abşeron rayonu, Novxanı kəndində, dənizdə batan 1997-ci il təvəllüdlü Cəfərov Ərkan Naib oğlunun axtarışları başa çatıb. Ə.Cəfərovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Geri

31 iyul 2022-ci il saat 07:15-dək:

Masallı şəhərində ümumi sahəsi 162 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 82 m² sahədə yanıb. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

31 iyul 2022-ci il saat 06:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1500 metr aralı, nəzarətsiz ərazi) 1997-ci il təvəllüdlü Cəfərov Ərkan Naib oğlunun batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Geri

31 iyul 2022-ci il saat 04:30-dək:

Göyçay rayonunun Qaraməryəm kəndində ümumi sahəsi 70 m² olan tövlənin çardağının yanar konstruksiyaları 40 m² sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bərdə rayonunun Nazırlı kəndində ümumi sahəsi 80 m² olan tövlənin yanar konstruksiyaları 40 m² sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

31 iyul 2022-ci il saat 02:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Goranboy rayonunda (Bakı-Qazax avtomobil yolunun 360-cı kilometrliyi) “ГАЗел” markalı yük avtomobili və “Mercedes” markalı minik avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.