Geri

03 iyul 2022-ci il saat 14:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1957-ci il təvəllüdlü Cavadov Şahlar Alış oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Geri

03 iyul 2022-ci il saat 12:00-dək:

Xaçmaz rayonunun Sayad kəndində ümumi sahəsi 72 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Göyçay rayonunun Ulaşlı Şıxlı kəndində ümumi sahəsi 20 m² olan taxtadan ibarət köməkçi tikili yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Şabran rayonunun Gəndov kəndində ümumi sahəsi 24 m² natamam tikilinin içərisinə yığılan 10,5 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Geri

03 iyul 2022-ci il saat 07:00-dək:

Neftçala rayonunun Bankə qəsəbəsində "Daewoo" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bərdə rayonunun Xanərəb kəndində ferma ərazisində yığılan 80 ton ot bağlamasının 40 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Sumqayıt şəhərində ümumi sahəsi 25 m² olan ərzaq mağazasının yanar konstruksiyaları, içərisindəki mallar 17 m² sahədə və 1 ədəd televizor yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Beyləqan rayonunun İkinci Aşıqlı kəndində “КамАЗ” markalı yük avtomobili yol kənarına aşıb. Nəticədə avtomobilin taxtadan ibarət banının yanar hissələri və banına yığılan 3 ton ot bağlaması yanıb. Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.