Xaçmaz rayonunun Sayad kəndində ümumi sahəsi 72 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Göyçay rayonunun Ulaşlı Şıxlı kəndində ümumi sahəsi 20 m² olan taxtadan ibarət köməkçi tikili yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Şabran rayonunun Gəndov kəndində ümumi sahəsi 24 m² natamam tikilinin içərisinə yığılan 10,5 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Neftçala rayonunun Bankə qəsəbəsində "Daewoo" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Bərdə rayonunun Xanərəb kəndində ferma ərazisində yığılan 80 ton ot bağlamasının 40 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Sumqayıt şəhərində ümumi sahəsi 25 m² olan ərzaq mağazasının yanar konstruksiyaları, içərisindəki mallar 17 m² sahədə və 1 ədəd televizor yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Beyləqan rayonunun İkinci Aşıqlı kəndində “КамАЗ” markalı yük avtomobili yol kənarına aşıb. Nəticədə avtomobilin taxtadan ibarət banının yanar hissələri və banına yığılan 3 ton ot bağlaması yanıb. Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.